Bədii Gimnastika üzrə 5-7 yaşlılar üçün məşq təlimatı

Peşəkar məşqlərin bütün sirləri artıq bu kursumuzda!

5.00 (1 reviews)
Udemy
platform
Azərbaycan dili
language
Sports
category
Bədii Gimnastika üzrə 5-7 yaşlılar üçün məşq təlimatı
6
students
2.5 hours
content
Sep 2021
last update
$19.99
regular price

What you will learn

Peşəkar məşqçilər tərəfindən tərtib olunan kontent

5-7 yaş qrupunun bədii gimnastika üzrə tam məşq materialları

Bütün hərəkətlərin aydın və detallı video - izahı

Yekun bilikləri yoxlayan praktiki testlər

Why take this course?

Bu gün bədii gimnastika sadəcə bir idman növü deyil, həmçinin incəsənət və idmanın harmoniyada olduğu bir tandemdir. Bədii gimnastika təkcə güc, dözüm və çevikliklə məhdudlaşmır. İdmançılar qarşısında olduqca çətin bir vəzifə durur: onlar ritmi hiss etməli, bunun üçün ifadəli hərəkətləri seçməlidirlər.


Başqa sözlə: gimnastlar özlərində estetik mənəviyyatı inkişaf etdirməlidirlər. Axıcı, çevik, ahəngdarolan gimnastika, akrobatika və rəqs hərəkətlərindən (ip, halqa, top, gürzlər, lent) ibarət kompleks birləşmələr, gözəl musiqi ilə müşayiət olunur. Bədii gimnastika məhz budur. Uşaqlar üçün bədii gimnastika harmonik fiziki inkişafa imkan yaradır, estetik cəhətdən inkişafa kömək edir, zövqü formalaşdırır.

Gimnastika və baletin qarşılıqlı əlaqəsi sayəsində hər hərəkətin koordinasiyası və ifadəli olması (ahəgandarlıq, ritm hissi, zəriflik və hətta artistizm də daxil olmaqla) inkişaf etdirilir. Hər hansı bir rəqsin əsasını baza və fundamental dərsləri (gərilmə, elastiklik, güc yükləri) təmin edən klassik xoreoqrafiya təşkil edir. Bu cür xoreoqrafiya gündəlik həyatda aktualdır və sadədir - yaxşı duruş, axıcı yeriş... Hər növ rəqsin, idmanın ayrılmaz əsas hissəsi olan akrobatika daha dayanıqlı olmaq və məkanda istiqamətlənmək, özünümüdafiə bacarıqlarını inkişaf etdirməyə kömək edir.

Artıq qeyd edildiyi kimi, bədii gimnastikada hərəkətlər alətlərlə yerinə yetirilir (ip, halqa, top, gürzlər, lent), lakin bəzən gimnastlar bunlar olmadan da çıxış edirlər.

Ancaq dünya səviyyəli yarışlarda alətlərin olması tələb olunur. Yarışın qalibləri ayrı-ayrı alətlər və qrup hərəkətləri proqramı üzrə müəyyənləşdirilir.

İlkin hazırlığın əsas vəzifələri:

1. Bədənin gücləndirilməsi və orqanizmin bütün orqanlarının və sistemlərinin ahəngdar inkişafı.

2. Düzgün qamət və hərəkətlərin icrasında gimnastika üslubunun (məktəb) formalaşması.

3. Hərtərəfli, tarazlaşdırılmış ümumi və xüsusi fiziki hazırlıq (fiziki qabiliyyətlərin ilkin inkişafı).

4. Ən sadə xoreoqrafiya məşqlərində, alətsiz və alətlərlə təməl bacarıqların mənimsənilməsi.

5. Alətsiz və alətlərlə ilkin, əsas və sadə baza elementlərinin mənimsənilməsi.

6. Xüsusi keyfiyyətlərin inkişafı: rəqs, musiqi, ifadəlilik və yaradıcılıq fəallığı.

7. Bədii gimnastikaya marağın aşılanması, nizam-intizam, səliqəlilik və çalışqanlığın inkişaf etdirilməsi.

8. Nümunəvi çıxışlarda, yoxlama məşqlərində, uşaq yarışlarında iştirak.


Peşəkar məşqçilər tərəfindən hazırlanan 14 istiqamətdə, 128 dəqiqəlik praktiki və aydın izahlı tam təlim kursuna indi qatılın, öyrənməyə başlayın!


Screenshots

Bədii Gimnastika üzrə 5-7 yaşlılar üçün məşq təlimatı - Screenshot_01Bədii Gimnastika üzrə 5-7 yaşlılar üçün məşq təlimatı - Screenshot_02Bədii Gimnastika üzrə 5-7 yaşlılar üçün məşq təlimatı - Screenshot_03Bədii Gimnastika üzrə 5-7 yaşlılar üçün məşq təlimatı - Screenshot_04

Charts

Price

Bədii Gimnastika üzrə 5-7 yaşlılar üçün məşq təlimatı - Price chart

Rating

Bədii Gimnastika üzrə 5-7 yaşlılar üçün məşq təlimatı - Ratings chart

Enrollment distribution

Bədii Gimnastika üzrə 5-7 yaşlılar üçün məşq təlimatı - Distribution chart
4251304
udemy ID
8/19/2021
course created date
9/30/2021
course indexed date
Bot
course submited by